Tələbə üsyanı – “Azərsu yezidləri”nə qarşı

02.04.2015 - 16:47

qorxmazesgerovHazırda Bakı şəhərində bir qrup tələbə etiraz əlaməti olaraq, Binəqədi rayonu ərazisindəki mərkəzi magistral yolu kəsməyə hazırlaşır. Bu barədə məlumatı strateq.az-a Azərbaycan Turizm və Menecment Universitetindən (Keçmiş Turizm İnstitutu-red) veriblər. Mənbənin dediyinə görə, tələbələri etiraz etməyə vadar edən səbəb “Azərsu” ASC-nin etdiyi qanunazidd əməlidir:

“Sözügedən dövlət qurumunun Binəqədi rayon idarəsi heç bir əsaslı səbəb olmadan universitetin nəzdində olana Bakı Turizm Peşə Məktəbinin yerləşdiyi binanın suyunu kəsib. Hazırda məktəbi üfunət iyi basıb. Səbəbini binanın borcunun olması ilə izah edirlər. Ancaq bu bina bir neçə dəfə balansdan – balansa keçdiyi üçün, bütün komunal borclar silinib. Bizim borcumuzun nə qədər və hansı illəri əhatə etdiyi ilə bağlı verdiyimiz suallara da, cavab tapa bilmirlər. Bu gün İsrailin Azərbaycandakı səfiri bura qonaq gəlir. Binada isə iydən dayanmaq olmur. Hətta binanın borcu olsa belə, onun bu qaydada tələb edilməsi də qanunauyğun deyil. Son çıxış yolu kimi tələbələr kütləvi etiraza qalxmaq yolunu seçib”.

Qeyd edək ki, sözügedən məktəbdə 1000-nə yaxın tələbənin oxuduğu bildirilir.

Deyilənlərə aydınlıq gətirmək üçün “Azərsu” ASC ilə əlaqə saxlamaq cəhdlərimiz heç bir səmərə vermədi. Onların da mövqeyini dinləməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=20835

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728