Erməni ordusunda ölüm kabusu: itkilər bu il ikiqat artıb

03.04.2015 - 14:08

esger olu14095454822015-ci ilin ilk 3 ayı ərzində Ermənistan ordusunda və qondarma “DQR” qüvvələrində 20 insident qeydə alınıb, nəticədə 26 hərbçi həlak olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat artıqdır. Virtualaz.org saytı xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı hesabatda bu barədə bildirilir.

Erməni hüquq müdafiə təşkilatının hesabatına əsasən 26 ölüm hadisəsindən 19-u atəşkəsin pozulması nəticəsində baş verib. 2 qətl hadisəsi, 2 intihar baş verib, 1 hərbçi döyüş xidməti qaydalarını pozması nəticəsində, 1 əsgər isə xəstəlikdən ölüb.

Atəşkəsin pozulması nəticəsində ölüm hallarının 15-i Dağlıq Qarabağda baş verib. 4 ölüm hadisəsi Ermənistan ərazisində qeydə alınıb. Hesabatda deyilirdi ki, 2014-cü ilin bütün dövrü ərzində atəşkəsin pozulması nəticəsində ölüm halları 26 idi.

“Bu isə o deməkdir ki, Azərbaycanla təmas xəttində vəziyyət gərginləşir və bu isə öz növbəsində böyük sayda itkilərə gətirib çıxarır”- deyə təşkilat bildirir.

Qeyd edək ki, erməni hüquq müdafiə təşkilatı orduda itkilərin statistikasını Müdafiə Nazirliyinin açıqladığı faktlar əsasında aparıb. Hansı ki, Ermənistan Müdafiə Nazirliyi döyüş itkilərinin heç də hamısını açıqlamır.

Məsələn, martın 19-da Goranboy və Tərtər istiqamətlərində gedən döyüşlərdə ermənilərin rəsmən açıqlanan itkilərinin sayı 4 olsa da əslində düşmən ordusunun 20-dək əsgər itirdiyi təsbit edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=21013

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728