“Xərçəng”in dərmanı tapıldı

07.04.2015 - 21:57

rrXərçəng xəstəliyinin dərmanı tapılıb. ANS PRESS-in məlumatına görə, Norveç alimləri xərçəngə qarşı yeni dərman hazırlayıblar. Belə ki, Bergen Universiteti alimlərinin hazırladıqları dərman preparatı primatlar üzərində uğurla sınaqdan keçirilib. Müəyyən olunub ki, yeni dərman preparatı xərçəngin gövdə hüceyrələrini blokadaya alır və onların siqnal sistemini məhv edir. Nəticədə xərçəng şişlərinin inkişafı yavaşıyır, müəyyən müddətdən sonra tamamilə dayanır. Alimlər bildirirlər ki, şiş nadir hallarda tamamilə çəkilir.

Alimlərin sözlərinə görə, preparatın tərkibinə xərçəngə qarşı preparatlarda əvvəllər də istifadə olunan maddələr ilə bərabər, mənşəyi Çindən olan dərman otlarının cövhərindən əldə edilən tamamilə yeni maddələr daxildir.

Yeni dərman müxtəlif növ onkolojı xəstəliklərə qarşı mübarizədə çox səmərəli olduğunu göstərsə də, onu xərçəngə qarşı digər preparatlar ilə birlikdə qəbul etmək lazımdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=21670

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031