Daha bir erməni əsgəri öldürüldü
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində – Dağlıq Qarabağda erməni əsgəri öldürülüb. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Dağlıq Qarabağ separatçı rejiminin “Müdafiə Nazirliyi” məlumat yayıb.
Məlumatda insidentin aprelin 7-də saat 17.15-də baş verdiyi bildirilib. Ölən əsgər 20 yaşlı Levon Muşeqoviç Mirzoyandır.
Short URL: http://www.cumhuriyyet.net/?p=21784