Azərbaycan yollarında Əzrayıl dolaşır – 67 ölü, 286 yaralı (VİDEO)
Paytaxtda yol polisi tərəfindən 218 min inzibati protokol tərtib edilib. Cumhuriyyet.az RegionTV-yə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin verdiyi məlumata görə, bu il yanvarın 1-dən aprelin 5-nə qədər paytaxt ərazisində 233 yol qəzası baş verib. Qəzalar nəticəsində 67 nəfər ölüb, 286 nəfər xəsarət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölüm hallarının sayı 2 fakt azalsa da, qəza hadisələrinin sayı 12 fakt, xəsarət sayı isə 39 fakt artıb. Hesabat dövründə qəzaların 49%-i surət həddinin aşılması, 51%-i piyadaların vurulması, 27%-i təhlükəli manevr qaydasını pozma səbəbindən baş verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=21958