Putin 260 min məhbusu azad edir – VİDEO

10.04.2015 - 01:24

putinRusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə amnistiya haqqında qətnamə layihəsi təqdim edib. Bu barədə Rusiya prezidentinin saytında məlumat yerləşdirilib. Məlumata görə, amnistiya azadlıqdan məhrum edilən 60 min və şərti cəza alan 200 min nəfərə şamil oluna bilər.

Sənədə əsasən ölkə qarşısında xidmətləri olan, kiçik və orta ağır cinayətlərdə iştiraka görə ilk dəfə cəza alan, xüsusi halda Çeçenistan Respublikası və Əfqanıstan müharibələrində döyüşən, Çernobıl Atom Elektrik Stansiyasında qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər amnistiyaya düşəcək. Bundan başqa, amnistiya həddi-buluğa çatmayanlara, qadınlara, həddi-buluğa çatmamış uşaqları olanlara, hamilələrə, I və II qrup əlillərə, 50 yaşdan yuxarı kişilərə və 55 yaşdan yuxarı olan qadınlara şamil ediləcək.

Rusiyada əvvəlki geniş amnistiya 2013-cü ilin dekabrında elan edilib. Konstitusiyanın 20 illiyi ilə verilən amnistiya çərçivəsində 24 mindən insan cinayət məsuliyyətindən azad edilib. (publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=22059

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728