17 rayonda kəndlərin adı dəyişdi – xəbəriniz olsun
13 kəndin adı dəyişdirildi, 18 kəndin tarixi adı isə özünə qaytarılıb
Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib. MM-dən APA-ya verilən məlumata görə, iclasda Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarından daxil olmuş müraciətlərə baxılaraq bəzi kəndlərin tarixi adlarının bərpa edilməsi və bir sıra eyniadlı kəndlərin adlarının dəyişdirilməsi məsələsi müzakirə olunub.
Komissiyanın qərarı ilə 18 kəndin tarixi adı özünə qaytarılıb, eyniadlı 13 kəndin adı isə dəyişdirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=22680