Dünya üçün təhlükə: “Nüvə silahından istifadə olunmalıdır”

20.04.2015 - 01:32

nuveYer kürəsinin 500-ə yaxın asteroidlə toqquşmaq təhlükəsi var. Bu fikir Avropa Kosmos Agentliyinin (ESA) İtaliyanın Fraskati şəhərində keçirilən elmi yığıncağında söylənilib.

Agentliyin direktoru Detlef Koçni Yer kürəsini təhdid edən 500-ə yaxın asteroidin yaxın vaxtlarda planetimizlə toqquşması mümkünlüyünün 100-də bir nisbətində olduğunu deyib. Asteroidlərin Yer kürəsinə nə kimi təhlükə yaradacağını əvvəldən öyrənməyin agentliyin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdıran direktor real təhlükə yaranacağı təqdirdə vəziyyətdən iki çıxış yolu olduğunu bildirib: birincisi, Yerə istiqamətlənən asteroidlərin sürətini azaltmaqla onları planetimizdən yan keçməsinə nail olmaq, ikincisi, onları nüvə bombalarının köməyi ilə dağıtmaq.

Direktor Yer kürəsində böyük dağıntılara və canlıların kütləvi məhvinə səbəb ola biləcək asteroidlərin qarşısını almaq istiqamətində elmi tədqiqatların davam etdirildiyini bildirib.(axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=22896

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728