Azərbaycanlı müğənni hərbi xidmətə getdi

20.04.2015 - 10:14

rrATV-nin “Kimdir nömrə bir” layihəsinin qalibi, gənc müğənni Orxan Babazadə Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Hərbi xidmətə yola düşməzdən öncə, təəssüratlarını publika.az-la bölüşən sənətçi bundan fəxarət hissi keçirdiyini bildirib: “Artıq təhsilimi başa vurdum və qarşıda məni Vətən qarşısında böyük və şərəfli sınaq gözləyir. Bu sınaqdan alnıaçıq və üzüağ çıxacağıma əminəm. Hər bir azərbaycanlı kimi mən də torpaqlarımızın keşiyində dayanmaqdan qürur hissi duyuram. Torpaq sevgisini həmişə uca tutmuşam və ən böyük arzum da bir əsgər kimi Vətənimin keşiyində dayanmaq olub. Bütün həmyaşıdlarıma səslənirəm ki, Vətən qarşısında olan borcu ödəməkdən gözəl duyğu yoxdur, özünüzü bu xoşbəxtlikdən məhrum etməyin”.

O. Babazadə hərbi xidmətdə olduğu bir il müddətində efirlərdə görünməsə də, televiziyalarda klipləri yayımlanacaq, radiolarda mahnıları səsləndiriləcək. Qeyd edək ki, Orxan Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. Gənc müğənni olmasına baxmayaraq, müxtəlif festivallarda uğur qazanıb. O ATV-də yayımlanan “Kimdir nömrə” bir televiziya musiqi yarışmasının, eləcə də məşhur “Bakı payızı” festivalının qalibi olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=22926

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728