Kəlbəcərdə girov düşən soydaşlarımızla görüş olacaq

20.04.2015 - 17:19

girov1Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bu həftə girov kəlbəcərlilərə baş çəkəcək. Bu barədə ANS PRESS-ə ötən il Kəlbəcərdə ermənilərin girov götürdüyü Şahbaz Quliyevin bacısı İradə Quliyeva məlumat verib.

“Aprelin 17-də məktub yazıb Beynəlxalq Qızıl Xaç Komitəsinə vermişik. Bu həftə ərzində görüş olacağı gözlənilir. Görüşdə Şahbazdan məktub alıb bizə verəcəklərini gözləyirik. Komitədən xahiş etmişik ki, əgər mümkündürsə, onlara bağlama göndərək. Hələlik dəqiq bir cavab verməyiblər. Amma deyirlər ki, çətin ki, buna imkan verilsin”.

Azərbaycan nümayəndəliyinin şöbə müdiri İlahə Hüseynova isə görüş haqqında yalnız görüşdən sonra məlumat veriləcəyini bildirib. “Saxlayan tərəf saxlanılan şəxslər üçün normal şərait təmin etməlidir. Əgər ehtiyac olarsa, Beynəlxalq Qızıl Xaç Komitəsi də bununla bağlı öz məsləhətlərini verə, aidiyyatı orqanlara müraciət edə bilər”.

Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş kəlbəcərlilər Dilqəm Əsgərov və Şahbaz Quliyevi ötən ilin iyul ayında girov götürüblər. Qondarma Dağlı Qarabağ Respublikasında qurulan “məhkəmə”də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib. Onlarla birlikdə olan Həsən Həsənov isə ermənilər tərəfindən vəhşicəsinə öldürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=23029

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031