Məşhurlar Türkiyədəki terrordan yazdı- “Allah bəlasını versin”
Ötən gün Türkiyə Şanlıurfa vilayətinin Suruç rayonunda 30 nəfərin öldüyü, 100-dən çox insanın isə yaralandığı partlayışa ölkənin məşhur simalarından baş sağlığı mesajları gəlib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən sözügedən partlayışdan sonra məşhurların terrora lənət yağdıran paylaşımlarını sizə təqdim edir:
Cem Yılmaz: “İnsan bunu etməz deyə bildiyimiz hər şey bizi yalançı edir. Təəssüf. Terrora lənət olsun”.
Arda Turan: “Başımız sağ olsun. Bu acı artıq sonuncu olsun. Terroru lənətləyirik”.
Işın Karaca: “Canların yanmadığı, ocaqların sönmədiyi günlərə. Çox təəssüf edirəm, çox”.
Murad Boz: “Suruçda həyatını itirən hər kəsə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Terrorun dili, dini, irqi yoxdur. Lənət olsun sizə”.
Gülben Ərgən: “Ağrının, ölümün, qırğının dili, dini, rəngi, məzhəbi müzakirə olunmaz. Yenə kədər, yenə acı”.
Cenk Eren: “Təəssüf, gənc uşaqlara qıydılar. Edənlərin arxasında kimlər varsa, Allah min cür bəlasını versin”.
Murat Evgin: “Ağıllı, düşüncəyli gəncləri bombalarla yox edirlər. Suruçda olanlar çox acıdır. Allah rəhmət etsin”.
Alişan: “Bayramdan dərhal sonra bu vəhşi hücumu kim etdisə, Allah bəlasını versin. Hamımızın başı sağ olsun, yaralılara da şəfa diləyirəm”.
Mustafa Sandal: “Suruçta həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbir diləyirəm. Ümid edirəm ki, bir daha belə acı xəbərlər almarıq”.
Qeyd edək ki, Ebru Gündeş, Demet Akalın və İdo Tatlısəs isə vətəndaşları yaralılar üçün qan verməyə çağırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=28534