İlham Əliyevin köməkçisinin şəriki ölkədən qaçıb

31.07.2015 - 00:40

Əli Əsədovun ortağı Musa Süleymanovun Beynəlxalq Bankdan 100 milyondan artıq kredit götürüb qaytarmadığı üçün saxlanıldığı bildirilir

rrİş adamı, Tovuzun “Turan” komandasının keçmiş prezidenti Musa Süleymanov (ləqəbi “TV Musa”) haqda redaksiyamıza ilginc xəbər daxil olub. Xəbərdə bildirilir ki, o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Buna səbəb iş adamının Beynəlxalq Bankdan götürdüyü, lakin qaytarmadığı küllü miqdarda kreditlər olub.

Xəbəri musavat.com-a verən mənbənin bildidiyinə görə, Musa Süleymanov may ayında həbslər zamanı saxlanılıb. Bir neçə gün “içəridə” yatdıqdan sonra, onu şərtlə azad ediblər. “TV Musa”nın saxlanılması mətbuatdan böyük səylər nəticəsində gizlədilib. Həm də o vaxt kifayət qədər tanınmış, məşhur biznesmen həbs olunduğu üçün Musa Süleymanovun həbsi diqqətdən kənar qalıb.

Mənbə bildirir ki, Musa Süleymanov Beynəlxalq Bankdan 100 milyondan artıq kredit götürüb, amma qaytarmayıb. Ona görə də onu da saxlayıb, ifadəsini alıblar. Əldə etdiyimiz bilgilərdə deyilir ki, hazırda iş adamının maliyyə vəziyyəti həddən artıq ağırdı. O, iflas həddindədir. Bu üzdən də ən xırda borclarını belə verməkdən imtina edir. Mənbəmizin iddiasına görə, iş adamı hər kəsdən qaçır, telefonlara çıxmır. Onun ölkədən qaçdığı haqda da söz-söhbət gəzir.

Musa Süleymanov haqda məlumatları dəqiqləşdirib oxuculara daha müfəssəl məlumat verməyə çalışacağıq.

Xatırladaq ki, Musa Süleymanov prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla yaxındır. Onların şərikli bizneslərinin olması haqda mətbuatda məlumatlar gedib. Musa Süleymanov Əli Əsədovun bir sıra iri layihələrini icra edir. Bulvarda aparılan tikinti işlərini, Dövlət Bayraq meydanının qurulmasını və Fontanlar bağının təmirini prezidentin köməkçisi Əli Əsədovla Musa Süleymanova məxsus şirkətlər həyata keçirib.

Bir vaxtlar mətbuat yazırdı ki, Musa Süleymanov Gürcüstanda tikinti biznesi ilə məşğuldur. Onun ermənilərlə ortaq layihələrdə iştirakına dair müəyyən məlumatlar da yayılmışdı.

Musavat.com Musa Süleymanova zəng edərək xəbəri dəqiqləşdirmək istəsə də iş adamı ilə əlaqə saxlamaq mümkün olmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29053

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031