Gəncədə kütləvi dava olub, bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb

04.08.2015 - 10:47

dava-1APA-nın qərb bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin Nizami küçəsində qeydə alınıb. Bir neçə nəfərdən ibarət iki qrupun dalaşması nəticəsində bir nəfər, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nağı oğlu Zeynalov bıçaqlanaraq qətlə yetirilib.

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Cəlal Elşən oğlu Abdullayev isə qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Davada bir neçə nəfərin də yüngül xəsarət alaraq xəstəxanaya müraciət etdiyi deyilir.

Davanın səbəbləri və neçə nəfərin iştirak etdiyi hələlik dəqiq bilinmir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=29258

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728