Bu günün hava proqnozu: qismən sərinlik olacaq
Bakıda və Abşeron yarımadasında isə havanın dəyişkən buludlu olacağı gözlənilir
Bu gün avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, havanın temperaturunun gecə 23-26, gündüz 32-36 dərəcə olacağı ehtimalı var.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə olacaq.
Azərbaycanın bölgələrində isə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=29518