Rusiya BMP-ləri Azərbaycana göndərir

10.09.2015 - 00:14

rrRusiyanın istehsal etdiyi BMP-3 piyadaların döyüş maşınlarının Azərbaycana çatdırılması 2016-cı ildə yekunlaşacaq. Azərbaycana çatdırılan BMP-3-ün (piyada döyüş maşını) sayı 100-ə çatdıralacaq. Hazırda son 50 maşının çaydırılması gözlənilir. “Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq. Hazırda təxminən 50 maşından ibarət olan sonuncu partiyanın yola salınmasına hazırlıq gedir”, – deyə “Rosoboroneksporta”-nın nümayəndəsi bildirib.

Bu ilin əvvəllərində məlum olub ki, Rusiya Azərbaycana T-90S tanklarının çatdırılmasını yekunlaşdırır.

Daha əvvəl “Rosoboroneksporta”da bildirirdilər ki, Rusiya ilə 2010-cu ildə bağlanan müqaviləyə əsasən silahların və texnikanın böyük partiyasının çatdırılması 2017-ci ildə yekunlaşacaq.

Kütləvi İnformasiya Vasitələrin (KİV) məlumatına görə, həmin müqaviləyə 3 batalyonu silahlandırmağa bəs edəcək T-90S tankları (100 tank) və eyni sayda BMP-3 daxildir. Həmçinin Azərbaycan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemlərini, ağır odsaçan sistemləri və digər silahları alıb.

Ekspertlər qeyd edirlər ki, müqavilələrin bu paketinin dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=31727

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728