Taleh Bağırovla bağlı yeni məlumat – RƏSMİ

27.11.2015 - 21:55

rrHüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı saxlanılan Taleh Bağırov və digər 13 nəfər barədə başlanmış cinayət işinin istintaqını aparan qurum məlum olub. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat verilib.

Məlumatda bildirilir ki, 14 nəfər barədə cinayət işi Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. Hazırda həmin idarədə istintaq davam edir. Məlumata görə, hələlik saxlanılan şəxslər vəkillə təmin edilməyib. Buna görə də, həmin şəxslərin harada saxlanılması barədə məlumat yoxdur.

Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həlak olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=41573

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31