Nardaranda son durum: Əməliyyat davam edəcək – FOTOLAR

01.12.2015 - 21:56
rrNardaranda ictimai təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlər icra olunacaq. Bunu AzTV-yə daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov bildirib.
Ş.Məmmədov qeyd edib ki, Bakı şəhərinin Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan daxili işlər nazirinin müvafiq əmrinə əsasən xüsusi əməliyyatın keçirilməsi üzrə tədbirlər planı hazırlanıb: “Tədbirlər planının icrasının təmini məqsədilə Daxili İşlər Nazirliyinin polis orqanlarının və Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin həyata keçirilməsinə başlayıb. Xüsusi əməliyyat tədbirləri bu gün səhər tezdən başlayıb və gün ərzində uğurla davam etdirilib. Xüsusi əməliyyat tədbirləri müvafiq göstərişin icrası tam təmin olunana qədər davam etdiriləcək və Nardaran qəsəbəsində ictimai təhlükəsizliyin, ictimai asayişin təmin olunması istiqamətində bütün tədbirlər icra olunacaq”.
Daxili Qoşunların komandanı bildirib ki, bütün hallarda əməliyyata cəlb olunan şəxsi heyət qəflətən qarşıya çıxa biləcək tapşırıqların icrasına hazırdır: “Qəsəbənin ərazisinə giriş və çıxış üzrə buraxılış rejiminə ciddi riayət olunur. Qəsəbə ərazisində müvafiq qurumların, o cümlədən, Daxili Qoşunların şəxsi heyəti və polis orqanlarının əməkdaşları ilə birgə xüsusi əməliyyatların keçirilməsi davam etdirilir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42299

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31