ABŞ-ın Bakıdakı səfirliyi işini dayandırıb

26.01.2016 - 10:22

absAmerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi müvəqqəti olaraq öz fəaliyyətini dayandırıb. ANS PRESS-in məlumatyına görə, bu barədə səfirliyin sosial şəbəkə səhifəsində məlumat yayılıb. Məlumatda kəskin hava şəraiti səbəbindən səfirliyin açılışının təxirə salındığı, viza görüşlərinin ləğv olunduğu və yenidən təyin olunacağı bildirilib.
“Sərt hava şəraitini nəzərə alaraq, ABŞ səfirliyinin açılışı təxirə salınıb. Bu günkü bütün viza görüşləri ləğv edilib yenidən təyin olunacaq” – deyə səfirliyin açıqlamasında bildirilir. Ötən gecədən başlayaraq paytaxt Bakıda qeyri-sabit hava şəraiti hökm sürməkdədir. Gecə saatlarından başlayaraq paytaxtda yollar buz bağlyıb. Hidrometeoroloqlar və dövlət yol polisi sürücülərə xəbərdarlıq edir.rr
Hazırda paytaxtın mərkəzi küçələrində yolların buz bağlanmasına baxmayaraq avtomobillərin intensivliyi müşahidə olunur. Qeyd edək ki, hidrometeoroloqların proqnozu özünü doğrultdu. Onlar havanın temperaturunu -2 dərcə olacağını praqnozlaşdırmışdırlar.
Bakıda qarla yanaşı, şimal küləyi də əsir. Hidrometeoroloqlar və dövlət yol polisi sürücülərə xəbərdarlıq edir ki, avtomobillərini qışa hazırlasınlar. Texniki baxımdan nasaz avtomobillərlə yola çıxmasınlar. Daha çox ictimai nəqliyyatın xidmətlərindən istifadə etsinlər.
Artıq Bakı Şəhər İcra Hakimiyyətinin qartəmizləyən texnikaları iş başındadır. Onlar səhərə kimi, işlərini davam etdirəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=51182

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728