“Ermənistanda istədiyimiz mövqeyi məhv edərik” – MN-dən rus ekspertə cavab

17.03.2016 - 01:12

Mudafie_NazirliyiMüdafiə Nazirliyi “Voenno-promışlennıy kuryer” saytında dərc edilən Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixinin Azərbaycana dair məqaləsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yazını oxuyarkən müəllifin baş verən proseslərdən bixəbər olduğu aydın görünür.
Məqalədə sadalanan faktlar və rəqəmlər artıq köhnədir. Azərbaycan qısa bir dövrdə arsenalda olan silah və texnikanın ən müasir, yüksək dəqiqliyə və dağıdıcı gücə malik olanları ilə yenilənməsi işini həyata keçirib və bu proses artan templə davam edir. Müəllifin mülahizələri çox vaxt yersizdir, indiki vəziyyəti, regiondakı prosesləri real əks etdirmir.
Azərbaycan işğalçı, separatçı cinayətkarlardan ibarət qurumla mübarizə aparmağa yetərincə gücə, qüdrətə malikdir. İşğalçı Ermənistan ilə aktiv hərbi əməliyyatlara başlamamasının yeganə səbəbi isə Azərbaycanın yürütdüyü sülhsevər siyasət və beynəlxalq qanunlara hörmətlə yanaşmasıdır.
Əks-təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan silah və texnikanın gücü nəinki Dağlıq Qarabağda olan işğalçı erməni birləşmələrini darmadağın etməyə, hətta Ermənistan ərazisindəki istənilən obyekti məhv etməyə yetər.

Short URL: http://www.cumhuriyyet.net/?p=57993

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31