Ədliyyə generalı işdən çıxarıldı, adını uzunmüddətli məzuniyyət qoydu

22.03.2016 - 01:47

rrƏdliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub. Bununla bağlı məlumata görə, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalov 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılıb. Unikal.org-un məlumatına görə, X.Zeynalovu Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.
Məsələ ilə bağlı danışan Xanlar Zeynalov işdən çıxması ilə bağlı bunları deyib: “Mən uzun müddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyyə etdim. Məni Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O əvvəllər Sabayil Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb”.(unikal.org)
Cumhuriyyet.az olaraq bildirək ki, Ədliyyə generalı Zeynalov bu posta polis sistemindən gətirilib. O adıçəkilən idarəyə rəis təyin edilənədək Səbayel rayon polis idarəsinin rəisi postunu tutub və deyilənə görə bu vəzifədə xüsusi olaraq “seçilib”. Xanlar Zeynalovun rəisi olduğu dönəmdə İcra baş idarəsinin işçiləri ilə bağlı mətbuatda davamlı şəkildə şikayətlər oxumaq mümkündür. Görünən odur ki, xüsusilə rayonlarda məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlər var və bu da vətəndaşlarda haqlı narazılıqların yaranmasına yol açıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=58382

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31