Deputat Mərkəzi Bank rəhbərini “yıxıb-sürüdü”: “Bu cür murdar və iyrənc yanaşma ilə…”

18.05.2016 - 14:45

qudretMilli Məclisin dünənki iclasında devalvasiyadan sonra bank kreditlərinin verilməsində, qaytarılmasında yaranan xaos yenidən dilə gətirildi və millət vəkili vahid Əhmnədov bir daha məsələnin cəmiyyətdəki gərginliyi hələ də səngitmədiyini qabardaraq bank rəhbərlərini Milli Məclisə dəvət edərək vəziyyətlə bağlı xüsusui müzakirənin keçirilməsini təklif etməsi cəmiyyətdə yeni inam qığılcımının yaranmasına rəvac verib.


Amma millət vəkili Qüdrət Həsənquliyev məsələnin həlli istiqamətində nikbinliyə əsas olmadığı qənaətindədir.
Əksinə, Moderator.az-a açıqlamasında Mərkəzi Bank rəhbərliyini vəziyyəti daha da qəlizləşdirməkdə qınayıb:
“Mən sözün doğrusu bu istiqamətdə müsbət bir qərarın qəbul olunacağını gözləmirəm. Çünki dövlətin valyutaya ehtiyacı olduğu bir vaxtda onun bu boyda irihəcmli yükün altına qoymaq çətindir. Yəni maliyyə-bank sistemindəki məmurlar düşünürlər ki, bu xərcləri indiki halda dövlət təkbaşına çəkə bilməz”.
“Bəlkə bu xərc bankların boynuna qoyulsun” sualına cavabında millət vəkili maraqlı məqama toxunaraq Mərkəzi Bank rəhbərliyini ittiham etdi:
“Bunu zorla bankların boynuna qoymaq mümkün deyil. Bunu könüllülük prinsipi ilə etməyi təşviq etmək olardı. Bilirsiniz ki, o vaxt “Naxçıvanbank” belə bir xoşməramlı, olduqca xeyirxah addım atanda Mərkəzi Bank rəhbərliyi bunu populizm adlandırdı. Əksinə, ölkədəki bütün özəl banklara çağırış etməkdən ki, baxın, sizlər də “Naxçıvanbank” kimi heç olmasa imtiyazlı kateqoriyadan olan elə o sayda müştərinin kreditlərini əvvəlki qaydada tələb edin, bunlar belə bir təşəbbüsü dəstəkləmək əvəzinə sanki Naxçıvanda bir pis iş tutulub kimi hikkə və qəzəbli davranış sərgiləndi. Bu cür murdar və iyrənc yanaşma ilə ölkənin bank sistemindəki bu xaosu aradan qaldırmaq mümkün olmayacaq. Həm də görünür elə o bankların çoxunun həmin aşağılayıcı bəyanatı verən adamlara bağlılığı var və yaxud da həmin banklardan haqlar alırlar deyə onları hər vəchlə müdafiə edirlər. Ola bilsin banklar “Naxçıvanbank” kimi xeyirxah təşəbbüsü dəstəkləsəydilər, himayədarlarına verdiklərini dayandırmalı olacaqdılar”.
Qeyd edək ki, millət vəkili Moderator.az-a geniş müsahibə verib və sabah onu oxucularımıza təqdim edəcəyik.

Short URL: http://www.cumhuriyyet.net/?p=64415

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728