Vilayət Eyvazov “Bandotdel”də Cahangir Hacıyevə ittiham oxuyur

20.05.2016 - 15:48

vilayet-haciyevAz əvvəl aldığımız məlumata görə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov və nazirliyin istintaq idarəsinin müstəntiqləri, habelə prokurorluq orqanlarının əməkdaşları DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasındadır.

Virtualaz.org-a daxil olan məlumatda deyilir ki, idarədə Vilayət Eyvazovun rəhbərliyi ilə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yekun ittihamın elan edilməsi üçün müşavirə keçirilir. Yekun ittihamın az sonra C.Hacıyevə elan olunacağı gözlənilir. C.Hacıyev iri məbləğdə mənimsəmədə və dələduzluqda ittiham olunur. Lakin yekun ittiham aktında ona qarşı hansı maddənin irəli sürüləcəyi haqda məlumat yoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=64678

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930