“Xəzər Lənkəran” Azərbaycan çempionatından rəsmən imtina etdi!

21.05.2016 - 00:59

xezerlenkeran“Xəzər Lənkəran” Azərbaycan çempionatında oynamaqdan imtina edib. Milli.Az sport7.az-a istinadən xəbər verir ki, cənublular birinci divizionda da iştirak etməyəcək.
Bunu sayta açıqlamasında “ağ-yaşıllılar”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Qeyd edək ki, cari mövsümün nəticələrinə görə “Xəzər Lənkəran” Premyer Liqa ilə vidalaşıb.
Ağadadaş Həmidovun komandası son turda “Rəvan”la qarşılaşıb. Matçın gedişində cənublular hesabda öndə olsa da, matçın 82-ci dəqiqəsində oyunun baş hakimi Ramil Diniyevin təyin etdiyi şübhəli penaltidən sonra hesab bərabərləşib – 2:2. Oyunda bundan başqa qol olmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=64720

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728