Tələbə özünü universitetin binasından atdı – Bakıda şok olay

23.05.2016 - 17:50

intiharMədəniyyət və İncəsənət Universitetində intihara cəhd hadisəsi qeydə alınıb.

Sözügedən təhsil müəssisəsinin “Kulturologiya” fakültəsinin 3-cü kurs tələbəsi özünü 2-ci mərtəbədən atıb. Hadisə nəticəsində sağ qalan tələbə başından ağır travma alaraq xəstəxanaya yerləşdirilib. İntihara cəhd olayının arxasında bəzi müəmmaların dayandığı bildirilir. Belə ki, guya həmin tələbə sevdiyi qızdan “yox” cavabı alıb. Buna görə də o, yaşamaq istəməyib. Bu üzdən də intihar etmək istəyib.

Başqa bir mənbə isə tələbənin kəsirlərinin olduğunu və buna görə tələb olunan “haqqı” ödəyə bilmədiyindən intihara əl atdığını deyir.

Mədəniyyət və İncəsənət Universitetindən isəAzNews.az-a hadisənin tamam “başqa səbəbdən” baş verdiyi deyilib:“Heç bir intihar söhbəti yoxdur. Həmin tələbə əyilib ki, “selfie” çəkdirsin, ayağı burxulub və yıxılıb. Bir gün xəstəxanada qalıb, başına tikiş atıblar, hazırda evdə müalicə olunur. İntihar etmək istəyən tələbə özünü ikinci deyil, beşinci mərtəbədən atar”.

Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma başlanılıb. Prokurorluqdan belə bir hadisənin baş verdiyini təsdiqləsələr də, əlavə məlumat verilməyib. (aznews.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=64857

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728