İlham Əliyev Kadırova pistolet hədiyyə edib! – VİDEO

26.05.2016 - 01:35

rrRusiya KİV-nin məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə, Çeçenistanın başçısı səlahiyyətlərini icra edən Ramzan Kadırova «adlı pistolet» hədiyyə edib. Bu barədə Kadırov özünün «İnstaqram» səhifəsində yazıb («TASS»).

«Mənim Azərbaycan respublikası prezidenti administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüm olub. O, Azərbaycan prezidenti İlham Əliyevin adından mənə «Zəfər» adlı pistoleti təqdim etdi. Bu hədiyyəni mən, «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərimə görə» aldım» – deyə, Kadırov yazıb.

Kadırov onu də qeyd edib ki, Qroznıda Azərbaycan nümayəndə heyəti ilə görüşün gedişi zamanı müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub: «Biz, münasibətlərin inkişaf etdirilməsinə, irəliyə doğru hərəkət etməyə, Çeçen Respublikasının terrorçuluq və ekstremizmlə mübarizə sahəsindəki təcrübəsindən istifadə etməyin vacib olduğuna əminliyimizi ifadə etdik. Ticarət-iqtisadi münasibətlərin inkişafı məsələsinə xüsusi diqqət ayırdıq» – deyə, Kadırov əlavə edib.

AzPolitika.info

Short URL: http://www.cumhuriyyet.net/?p=65161

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728