Putin Sarkisyanın da qatılacağı iclasa gedir
Rusiya prezidenti Vladimir Putin sabah Qazaxıstana səfərə gedəcək. ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti səfəri çərçivəsinə Astanada Avrasiya İttifaqının dövlət başçılarının iclasında iştirak edəcək.
İclas zamanı ittifaqa inteqrasiyanın sürətləndirilməsi, qaz, neft və neft məhsullarının ümumi bazarlarının formalaşması ilə bağlı məsələlər müzakirə olunacaq.
Səfər barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Vladimir Putinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşəcəyi bildirilir.
Bundan əvvəl MDB ölkələrinin dördüncü departamentinin direktoru Aleksey Pavlovski Ermənistan mətbuatına müsahibəsində demişdi ki, Vladimir Putin Astana səfəri zamanı Ermənistan prezidenti ilə də görüşə bilər. Astanada planlaşdırılan görüş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən sonra Ermənistan və Rusiya prezidentləri arasında ilk toplantı olacaq. Amma Kremlin yaydığı məlumatda Vladimir Putin və Serj Sarkisyan arasında görüşün olacağı barədə məlumat yoxdur.
Avrasiya İttifaqının dövlət başçıları səviyyəsində son iclası isə ötən ilin dekabr ayında Moskvada keçirilib.
Həmin vaxt iclasda Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistanprezidentləri və təşkilatın birinci katibi iştirak etmişdi.
Bu hadisəyə Türkiyə Rusiya qırıcısını vurduğu vaxt şahid olduq. Amma KTMT-yə daxil olan dövlətlər heç vaxt zəng vurub soruşmayıblar ki, Azərbaycan Ermənistana hansı təzyiqləri göstərir. Heç Ermənistanın müttəfiqlərini maraqlandırmır ki, Azərbaycanla sərhəddə nələr baş verir”, – deyə çıxış edən Sarkisyan əlavə edib ki, blokun bir üzvü üçün yaranan təhlükə bütün ittifaq üzvlərinə aiddir.
Short URL: http://www.cumhuriyyet.net/?p=65482