“Radikal dini qruplar Azərbaycanda da baza yaratmaq istəyirlər” – KOMİTƏ SƏDRİ MEDİADAN KÖMƏK İSTƏDİ

07.06.2016 - 13:56

mubariz-qurbanli“Biz görürük ki, radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa cəhd edirlər”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla keçirilən “Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir” mövzusunda konfransda danışan komitə sədri bildirib ki, Azərbaycanda baza yaratmaq istəyənlər ilk növbədə ayrı-ayrı gəncləri təsir altına salırlar: “Hətta insanları, xüsusən də gəncləri fanatik qrupların təsiri altına salıb xarici ölkələrə qeyri-qanuni silahlı birləşmələrə cəlb etmə cəhdlərini görürük. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasında geniş təbliğat işi aparılmalıdır. Bu mənada bizim gənclər təşkilatlarının üzərinə böyük işlər düşür. Medianın, sosial şəbəkələrin imkanlarından istifadə etmək vacibdir. Bu cür təbliğat aparan qruplara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=66403

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728