Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında müzakirə olunacaq

10.06.2016 - 20:17

natoMilli Məclisin deputatları Kamran Bayramov və Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 92-ci Rouz-Rout seminarında iştirak etmək üçün iyunun 13-də Ukraynanın paytaxtı Kiyev şəhərinə gedəcəklər.

Parlamentin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, seminarda problemli regional kontekstdə Ukraynanın transformasiyası, Donbas bölgəsində vəziyyət, müdafiə sektorunda, siyasi, iqtisadi, antikorrupsiya sahələrində həyata keçirilən islahatlarla bağlı məsələlərə baxılacaq. Həmçinin Cənubi Qafqazda həll edilməmiş münaqişələr mövzusunda müzakirələr aparılacaq.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, hazırkı durum barədə məlumat verəcək.

Səfər iyunun 18-də başa çatacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=66804

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31