Avtobus şirkətləri arasındakı qalmaqalın pərdəarxası – KÖLGƏ SAMİR ŞƏRİFOVUNDUR

13.06.2016 - 16:32

samirSamir Şərifovun sərnişidaşıma sahəsini inhisara almaq istədiyi iddia olunur
Bir neçə gündür ki, Bakıda sərnişidaşıma şirkətləri arasında qalmaqal yaranıb. Qalmaqalın kökündə “Xaliq Faiqoğlu” şirkətinə məxsus 3 marşrutun xətdən çıxarılması dayanır. Söhbət 16, 18 və 96 saylı marşrutların xətdən çıxarılmasından gedir. “Xaliq Faiqoğlu” şirkətinin rəsmiləri bildirir ki, marşrutların xətdən çıxarılması “BakuBus” MMC-yə görədir. Onların iddiasına görə, Bakı Həqliyyat Agentliyi “BakuBus” MMC-nin rəqiblərini sıradan çıxarmaqla məşğuldur.
Mövzu ilə bağlı 24saat.org-a da maraqlı məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, “BakuBus” MMC maliyyə naziri Samir Şərifovun nəzarətindədir. Həqliyyat naziri Ziya Məmmədov hədəfə gələndən sonra bu quruma aid bəzi səlahiyyətlər əlindən alınıb. Bu prosesdə sərnişindaşıma faktiki olaraq Samir Şərifovun nəzarətinə keçib. Təsadüfi deyil ki, bir müddət əvvəl prezident İlham Əliyev “BakuBus” MMC-nin qarajının açılışında iştirak edərkən onu Samir Şərifov müşayiət edib.
Məlumatlarda bildirilir ki, ümumiyyətlə, son dövrlər Samir Şərifov hakimiyyətdə iqtisadi gücə çevrilib. O, artıq fövqəladə hallar naziri Kəmaləddin Heydərovla müqayisə edilir. Maliyyə bazarı faktiki olaraq tamamilə Samir Şərifovun nəzarətindədir. Bundan başqa Beynəlxalq Bankdan götürülən kreditlər hesabına yaradılan iri müəssisələr də onun ixtiyarına verilib. Hətta parkomatların da artıq maliyyə nazirinin nəzarətində olduğu barədə iddialar var.
Məlumatda deyilir ki, tədricən “BakuBus”ın rəqibləri tamamilə sıradan çıxarılacaq və adçıkilən şirkət bu sahədə şəriksiz lider olacaq.
24SAAT.ORG

Short URL: http://www.cumhuriyyet.net/?p=66984

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31