Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi

17.06.2016 - 16:30

berat-albayrakTürkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin edilib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım sərəncam imzalayıb.

O həm də Türkiyə ilə Əlcəzair, Çin, Liviya, Nigeriya, Uqanda və Venesuela arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası komissiyaların həmsədri təyin edilib.

Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızının həyat yoldaşı, yəni kürəkənidir.

Onu da xatırladaq ki, Azərbaycan tərəfindən komissiyanın həmsədri baş nazirin müavini Abid Şərifovdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=67411

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31