Prezidentlərin görüşü başladı – Qarabağ müzakirəsi
Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, görüş Peterburqun Konstantinov Sarayında keçirilir. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər. Bundan əvvəl isə V. Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrılıqda görüşlər keçirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=67591