İlham Əliyevin sinif yoldaşı olan general vuruldu

20.06.2016 - 19:28
rrAzərbaycan daxili işlər orqanlarında yeni təyinat olub. “Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.
General-mayor Emin Şəkinskinin bu təyinatı, əslində onun “vurulmasıdır”. Hər halda cənab Şəkinskinin yeni vəzifəsi, əhəmiyyətinə görə indiyədək tutduğu postla müqayisə oluna bilməz. Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsi DİN-in ən mühüm postlarından biri hesab olunur.
Xatırlatmaq yerinə düşər ki, Emin Şəkinski Prezident İlham Əliyevin sinif yoldaşıdır. Zaman-zaman adı hətta DİN naziri postuna potensial namizədlərdən biri kimi çəkilib. AzNews.az saytı isə xatırladır ki, general Şəkinsiki indiyə qədər daşıdığı vəzifə ilə Daxili İşlər Nazirliyinin rəhbər heyətinə daxil idi. Yeni vəzifəyə təyin olunmaqla o, bu heyətdən uzaqlaşdırılıb:
DİN-in rəhbər heyətinin tərkibi belə idi:

 

Short URL: http://www.cumhuriyyet.net/?p=67595

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31