Avropa İttifaqı Böyük Britaniyanı təşkilatı tez tərk etməyə çağırdı – BƏYANAT

24.06.2016 - 15:33

ab“Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması haqqındada tezliklə ərizə təqdim edəcəyini gözləyirik”.

TASS xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-klod Yunker, Avropa Şurasının sədri Donald Tusk, Avropa parlamentinin sədri Martin Şults və Aİ-yə sədrlik edən Niderlandın baş naziri Mark Ryüttenin birgə bəyanatında vurğulanıb.

Bəyanata əsasən, Aİ Britaniyanın qərarı ilə bağlı eyni mövqedən çıxış edir.

“Brexit” Avropa İttifaqının sonunun başlanğıcı deyil. Britaniya gələcəkdə də Aİ-nin yaxın tərəfdaşı olacaq”, – deyə Jan-Klod Yunker söyləyib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.(“Report”)

Short URL: http://www.cumhuriyyet.net/?p=68046

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31