Bəzi vizalar üçün dövlət rüsumları ləğv edildi

24.06.2016 - 17:09

ie2Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Virtualaz.org bildirir ki, sənədə əsasən, Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri dəyişdirilib.

Dəyişikliyə əsasən, bundan sonra birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 ABŞ dolları deyil, 20 ABŞ dolları rüsum ödəniləcək.

Qanuna edilən digər dəyişikliyə görə, turizm vizalarının və şəxsi müqavilə ilə təhsil alan tələbələrin, tranzit vizalarının rəsmiləşdirilməsi, eləcə də birdəfəlik və ikidəfəlik tranzit vizası üçün tələb olunan dövlət rüsumları ləğv edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68070

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31