Vəkillər Tale Bağırovun cinayət işi ilə tanış olublar
Vəkillər “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Tale Bağırovun və digər 18 nəfərin barəsində olan cinayət işinin materialları ilə tanış olublar.
Bu barədə virtualaz.org saytına vəkil Cavad Cavadlı məlumat verib. Vəkil bildirib ki, təqsirləndirilən şəxslərin vəkilləri işlə bağlı vəsatətlər veriblər. Həmin vəsatətlərə istintaq orqanı tərəfindən münasibət bildirildikdən sonra iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.
Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=68160