“Vətən uğrunda” medalı verilən mayor fəciəvi şəkildə həlak oldu – RƏSMİ

28.10.2016 - 00:54

sehidDünən saat 16.00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz Miriyev Telman Mirbaba oğlu həlak olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və faktla əlaqədar araşdırma aparılır.Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Qeyd edək ki, prezident İlham Əliyevin 2014-cü ilin 25 iyununda imzaladığı sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə təltif etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin siyahısında mayor Telman Miriyevin də adı var idi. O, “Vətən uğrunda” medalı ilə medalı ilə təltif edilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=80399

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728