Ukrayna səfirliyinin Bakıdakı əməkdaşı casus çıxdı? – Şok iddia

19.11.2016 - 02:29

rrUkraynanın Azərbaycandakı səfirliyinin mədəni-humanitar məsələlər üzrə birinci katibi – 36 yaşlı Yevgeni Yankovski ölkənin Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətdə olan əməkdaşıdır. Virtualaz.org bildirir ki, bu sensasiyalı informasiyanı Rusiyanın “Komsomolskaya pravda” qəzeti yayıb.
Qəzetin Krımda buraxılan versiyası yarımadanın zəbt edilməsinə baxmayaraq orada mülklərə sahib olmaqda davam edən vəzifəli məmurlar və Ukrayna xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşları haqqında böyük məqalə və siyahı dərc edib. Böyük siyahıda Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni-humanitar məsələlər üzrə birinci katibi Yevgeni Yankovskinin də adı var. Və qəzetin məlumatına görə, o, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətdə olan əməkdaşıdır.
“Komsomolskaya Pravda” həmçinin dəqiqləşdirib ki, Yevgeni Yankovski Yaltanın nüfuzlu rayonunda, Dzerjinski küçəsi, ev 33 ünvanında mənzilə malikdir. “Yeri gəlmişkən, ona onun anası baxır. Amma Yankovski həmkarlarına dəfələrlə deyib ki, yarımadaya-ailəsinə qayıtmaq barədə fikirləşir”, – deyə nəşr yazır.
Yevgeni Yankovski həqiqətən də Ukraynanın Azərbaycandakı səfirliyində işləyir və mədəni-humanitar məsələlər üzrə birinci katib vəzifəsini tutur. Daha dəqiq desək, Yevgeni Yankovskinin adı səfirliyin rəsmi saytında dərc edilmiş Ukraynanın Azərbaycandakı diplomatik missiyasının əməkdaşlarının siyahısında göstərilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=82311

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31