Həbsdəki Azərbaycan oliqarxı kliniki ölüm keçirdi

19.11.2016 - 13:16

ttKomi Ali Məhkəməsində “Uxtaneftqazgeologiya” Açıq Səhmdar Cəmiyyətinin keçmiş baş direktoru, Komi Dövlət Şurasının sabiq deputatı Akif Sayadovun cinayət işinin apellyasiya müzakirəsi başlanıb. Cumhuriyyet.az virtualaz.org-a istinadən bildirir ki, A.Sayadov 1 avqustda Uxta Şəhər Məhkəməsi tərəfindən israfçılıq və dələduzluq əməllərinə görə 4 il həbs cəzası alıb və milyon rubl cərimə olunub.
Akif Sayadov məhkəmədə çıxış edərək bildirib ki, onkoloji xəstəliklərdən əziyyət çəkir və 8 noyabrda kliniki ölüm keçirib. A.Sayadovu xilas edən keşikçinin onun çarpayıdan yıxılmasını vaxtında görməsi olub. Prokurorluq Uxta Şəhər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib və üç başqa epizod üzrə (səlahiyyətlərdən sui-istifadə və iki halda cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması) A.Sayadova bəraət verilməsi ilə razılaşmayıb.
Eyni zamanda Azərbaycan oliqarxının vəkilləri A.Sayadovun “İntaneft” Qapalı Səhmdar Cəmiyyətinin zərərinin əvəzini tamamilə ödədiyinə və müəssisənin hesabına 8,8 milyon rubl pul keçirdiyinə aid sənədləri iş materiallarına əlavə ediblər. Bundan başqa, məhkəməyə “Uxtaneftqazgeologiya”nın (“UNQQ”) kassasına zərərin qismən ödənilməsi kimi 3,5 milyon rubl məbləğində vəsaitin daxil edildiyi barədə də sənəd təqdim olunub.
A.Sayadovun müdafiəçiləri həmçinin Azərbaycandan və Dağıstan Respublikasından “UNQQ” üçün qazma avadanlığının əldə edilməsi epizod üzrə əsas şahid kimi “P – YevroElitStroyLyuks-M” MMC-nin direktoru Marina Konovalovanın dindirilməsini xahiş ediblər. Ancaq bu vəsatət təmin olunmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=82360

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31