Prezident icra başçısı ilə bağlı sərəncam verdi
Prezident İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verib.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, o, prezidentin 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısının 1995-ci il və 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə “İgidliyə görə” medalı ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir övladı var.
Short URL: http://www.cumhuriyyet.net/?p=84291