Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub:ANS-in rəhbərliyinə qarşı cinayət işi

09.01.2017 - 01:21

ANS televiziyası ilə əməkdaşlıq etmiş Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub. Bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə status yazıb. Onun sözlərinə görə, ANS TV-nin əməkdaşı olmuş Qənirə Ataşova ötən il oktyabrın 27-də Bakıdan İstanbula uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib və geri qaytarılıb: “Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub” deyə vəkil qeyd edib.
E. Sadıqovun yazdığına görə, Q. Ataşova ANS-in ştat işçisi olmayıb, şirkətlə xidmət müqaviləsi əsasında əməkdaşlıq edib, ANS-in vəzifəli şəxsi olmayıb və terrorçuluğun təbliğinə yönələn çağırış etməyib. Vəkil bildirib ki, Baş Prokrorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Q. Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb, məhkəməyə şikayət edilib

Short URL: http://www.cumhuriyyet.net/?p=85348

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728