Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu

07.08.2017 - 14:20

Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasındakı soyuq müharibə yenidən alovlanıb.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Samir Piriyevin vəkili Ceyhun Yusifov yaxın günlərdə mətbuat konfransı keçirəcəklərini bildirib.
“Kamran Həsənli elə bilməsin ki, bu iş unudulub. Xeyr, yaxın vaxtlarda mətbuat konfransı keçirib, baş verənləri ictimaiyyətə çatdıracağıq. Kamran Həsənlinin himayədarları bu məsələni nə qədər ört-basdır etməyə çalışsalar da, xeyri olmayacaq. Necə ola bilər ki, beş min manat faizə görə kimsə cəzalandırılır, amma yüz min manat ortada batır? Hələ də pul geri qaytarılmayıb. Əsas odur ki, Kamranla bacısı Gülər xanımın ölkədən çıxışına məhdudiyyət qoyulub. Onlar heç yerə gedə bilməzlər”,- deyə vəkil bildirib.
Vəkil onu da əlavə edib ki, bu məsələ ilə bağlı heç bir istintaq işi aparılmayıb. İş yenidən Nərimanov Rayon Polis İdarəsinə qaytarılıb.
Xatırladaq ki, Samir Piriyev teleaparı Kamran Həsənlini dələduzluqda ittiham edir. İddiaya görə, Samir Piriyev və Kamran Həsənli birlikdə biznes qurmaq istəyib. Bu məqsədlə Samir Kamrana 85 min manat pul verib. Hətta bunu təsdiq edən şahidlərin olmasına baxmayaraq, həmin pul bu günə qədər sahibinə qaytarılmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=97684

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31