Axtarış elanındakı fotosunu bəyənmədi, polisə müraciət etdi

09.08.2017 - 08:29

Böyük Britaniyada polis tərəfindən axtarışda olan şəxs uğursuz fotosuna görə şikayət edib.
Bu haqda lenta.ru saytı UPI-yə istinadən xəbər verib. Cənubi Uelsin departament polisi xəbər yayıb ki, 35 yaşlı Ueyn Esmond silahlı basqında ittiham olunur. Onlar bu şəxsin fotosunu da polis idarəsindən Facebook səhifəsində yayıblar. Bu foto və altındakı axtarış mətninə şərh yazanlardan biri də Esmond olub. O, belə yazıb: “Bu, heç də mənim yaxşı fotom deyil. Onu ordan silsəniz, çox minnətdar olaram. Mən əksi sübut edilənə qədər cinayətkar sayılmıram və bunun bu cür təqdim olunmasından da narazıyam”.
Esmond öz vəkili ilə məsləhətləşəndən sonra polisə təslim olub. Polis departamentində isə onun bu xahişini yerinə yetirərək, sözügedən fotosunu siliblər. Amma artıq gec idi. Çünki həmin vaxta qədər şəkili yerli KİV-lər çap etmişdilər.
2016-cı ildə isə Avstraliyada türmədən qaçmış Emi Şarp adlı qadın axtarış elanının altındakı fotosunun silinməsini tələb edib. Amma daha sonra onu yenidən həbs ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=97851

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31