Azərbaycanda bu klubun bütün üzvləri istefa verdi

19.08.2017 - 14:07

Təbrizin “Maşınsazi” komandasının bütün üzvləri klubun yeni sahibi ilə müqaviləni ləğv edib.

Axar.az xəbər verir ki, buna “Maşınsazi”nin üzvləri ilə klubun yeni sahibi Şəriətzadə arasında keçirilən iclasda qərar verilib.
İclasdan sonra klubun oyunçuları, texniki heyəti və digər üzvləri Təbriz klubundan ayrılıblar. Şəriətzadə həmçinin 3 gün öncə maliyyə sıxıntılarına görə istefa verdiyini açıqlayan klubun icraçı direktoru Hüseyn Xətibinin də istefasını qəbul edib.
Qeyd edək ki, Təbriz Bələdiyyəsinin sponsorluq etdiyi “Maşınsazi” komandası ötən mövsümdə Super Liqada yaxşı nəticə əldə edə bilmədiyi üçün birinci dəstəyə düşmüşdü. Bundan sonra kluba sahiblik edən Şəriətzadə bir müddət əvvəl bildirmişdi ki, birinci dəstədə komanda saxlamaq niyyətində deyil, hər kəs klubdan ayrılmaq istəsə, müqaviləsini ləğv edə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=98231

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31