Bakıda bu əraziyə 12 gündür su verilmir

22.08.2017 - 17:02

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, II mədən, 90-cı korpus, mənzil 20-də yaşayan sakin Umarova Şəfəq Fərman qızı deyir ki, evləri 12 gündür su ilə təmin olunmur. 

Bu haqda milli.az-a müraciət edən sakin dəfələrlə qaynar xəttə, su idarəsinə yazılı və şifahi müraciət edib. Əraziyə bir həftə sonra su göndərilib. Lakin qonşular arasında ayrı-seçkilik edilib və ona su verilməyib.

“Avqust ayı ərzində cəmi 2 ton su verilib. Normalda həftədə 2 dəfə ev su ilə təmin olunurdu. 12 gündür su verilmir. Dəfələrlə qaynar xəttə zəng edib bildirmişik. İdarədən 9 gün sonra su göndərdilər. Onda da sürücü bir-iki “seçilən” qonşuya su verib getdi”.

Qeyd edək ki, həmin ərazidə su xətti yoxdur. Sakinlərin suyu “Azərsu”nun göndərdiyi su maşınları ilə təmin olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=98444

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31