“Qarabağ”ın qələbəsi Rusiya mətbuatında – FOTOLAR

24.08.2017 - 16:32

“Ölkə.Az” xəbər verir ki,Danimarkada “Kopenhagen”in qonağı olan komandamız Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanmışdı. Komandamız Danimarkada 2:1 hesabı ilə uduzmasına baxmayaraq səfərdə vurulan qolun sayəsində ilk dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazandı.

“Qarabağ” klubunun qələbəsini Rusiya mətbuatının nüfuzlu agentlikləri də işıqlandırıb:

1.”Gazeta.ru” saytı “Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsində” başlıqlı yazı dərc edib.

2. “Rosbalt.ru” saytı isə “Qarabağ”ın qələbəsini “Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə daxil oldu” başlığı ilə verib.

3. “Segodna.ua” saytı isə “Tarixdə ilk dəfə olaraq Azərbaycan klubu Çempionlar Liqasının qrupunda oynayacaq” başlıqlı məqalə dərc edib.

4.”Ria.ru” saytının idman bölməsi “Azərbaycanın “Qarabağ” klubu tarixdə ilk dəfə ÇL-nın qrup mərhələsində” başlıqlı yazı dərc edib.

5. “Regnum.ru” portalı “Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçıları müəyyən edildi” məqaləsində “Qarabağ”ın qələbəsindən yazıb.

6.” m.ua.tribuna.com” saytı isə klubumuzun möhtəşəm qələbəsini belə başlıqla verib: ” “Qarabağ” Çempionlar Liqasında! Azərbaycanda indi nə baş verdiyini təsəvvür etmək olar!!!”

7.”Tass.ru” saytının idman bölməsi “Məşqçi: “Qarabağ”ın ÇL-nin qrup mərhələsinə keçməsi Azərbaycan futbolunun inkişafı üçün çox vacibdir” başlıqlı məqalə dərc edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=98611

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31