“Çelsi” “Qarabağ”la düşdü, erməni azarkeşlər klubun səhifəsində biabırçılıq yaratdılar – FOTO

25.08.2017 - 10:34

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində oynayacağı komandaların adı açıqlandı. 

A24.Az xəbər verir ki,  “Qarabağ” ilk olaraq  Londonun “Çelsi”  komandası ilə qarşılaşacaq.

Azərbaycanlı azarkeşlər yenə rəqib komandaların səhifələrinə rəylər yazmağa başlayıblar.

Erməni Xaçaturyan adlı istifadəçinin “Yuxuda görərsiz” yazması isə aləmi bir-birinə qatıb. Bundan sonra səhifədə Azərbaycanlı istifadəçilərin

söz yarışı başlayıb.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra “Qarabağ” özünün bəzi azarkeşlərinə müraciət edib.

Klub rəsmi Feysbuk səhifəsində xahiş edib ki, rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmayaq, öz əxlaq və mədəniyyətimizlə örnək olaq:

“Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq. Anlayışınız üçün təşəkkür edirik”.

Xatırladaq ki, “Qarabağ” ÇL-in qrupunda “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma”ya (İtaliya) rəqib olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=98673

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31