“Qarabağ” FK qazandığı tarixi qələbə Füzulidə də böyük sevinclə qarşılanıb

25.08.2017 - 11:53

“Qarabağ” futbol klubunun Azərbaycan futbol tarixində tarixi nailiyyət qazanaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da böyük sevinclə qarşılanmış, füzulililərə böyük  zəfər hissi bəxş etmişdir. Füzulililər üçün bu tarixi qələbə, həm də ona görə önəmlidir ki, işğal altında olan bölgəni təmsil edən “Qarabağ” futbol klubu bu qələbəni Füzuli və Cəbrayıl rayonlarının işğalı günü qazanmışdır.

Füzulililər “Qarabağ”ın qazandığı tarixi zəfəri Prezident cənab İlham Əliyevin idmana olan diqqət və qayğısı kimi qiymətləndirilər. Bildirirlər ki, bütün sahələrdə olduğu kimi cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda idman, ən əsası isə futbol inkişaf edir. Bunun bariz nümunəsi isə “Qarabağ” futbol klubunun son illər Avroliqada, ən nəhayət isə Danimarkanın Kopenhagen klubunu iki oyunun nəticəsinə görə üstələyərək Çempionlar Liqasının qruplarına vəsiqə qazanmasıdır.

Füzulililər üçün “Qarabağ” Futbol Klubunun qazandığı zəfərinin həm də siyasi əhəmiyyəti vardır. Çünki “Qarabağ”ın bu zəfəri, milyonların izlədiyi Çempionlar Liqası kimi mötəbər futbol turnirində iştirakı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Ermənistana qarşı aparılan informasiya müharibəsinə də böyük töhfə verəcəkdir. Milyonların izlədiyi futbol Azərbaycan həqiqətlərinin, o cümlədən işğal altında olan torpaqlarımızın təbligi baxımından dünyaya mesaj olacaqdır.

Füzulililər inanırlar ki, “Qarabağ”ın futbol meydanında qazandığı tarixi qələbənin davamı olaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız da tezliklə azad olunacaqdır. Rayon sakinləri məhz bu inamla, bu ümidlə yaşayır və işləyirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=98696

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31