“MakDonalds”ın sirr saxladığı resept deşifrə oldu
“MakDonalds” restoranlar şəbəkəsinin uzun illərdir sirr kimi saxladığı yemək sousunun resepti sosial şəbəkələrdə paylaşılmağa başlayıb.
Axar.az “Deyli Meyl”ə istinadən “BiqMak” menyusunda yer alan sousun reseptini təqdim edir:
1) Yarım fincan mayonez
2) 1 xörək qaşığı şəkər tozu
3) 4 çay qaşığı miqdarında əzilmiş turşu
4) 1 xörək qaşığı incə doğranmış soğan
5) 1/8 çay qaşığı duz
6) 2 çay qaşığı fransızsayağı sous
7) 1 xörək qaşığı sirkə
Qeyd edək ki, sözügedən resept Pitsburqda restoran işlədən Cim Deliqatti tərəfindən 1967-ci ildə hazırlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=98708