Ulduz falı: dəvətlərdən imtina etməyin

29.08.2017 - 09:20

QOÇ – Maddi durumunuzu yaxşılaşdırmaq üçün bütün bacarığınızı işə salın. Yalnız bu halda büdcənizi artıra bilərsiniz. Fəaliyyətlə bağlı uğurlarınız artıq yaxınlaşmaqdadır.

BUĞA – Bəzi sınaqlarla baş-başa qala bilərsiniz. Şəxsi işlərinizə müdaxilə edən adamlardan uzaq olmağa çalışın. Hər hansı mübahisə və ya qisasçılıq prinsipiniz başağrınıza səbəb ola bilər.

ƏKİZLƏR – Daxili sıxıntılarınızdan əsər-əlamət qalmayacaq. Ətrafda baş verən hər bir hadisə sizə sevinc bəxş edəcək. Bu maraqlı təqvimdə şəxsi büdcənizdə müəyyən artımlar da gözlənilir.

XƏRÇƏNG – Qarşınızda duran vəzifələrin çoxluğu kifayət qədər yorulacağınızdan xəbər verir. Lakin öhdəliklərinizin müsbət nəticəyə xidmət etdiyini anlayıb passivləşməyin. Nikbin olmağa çalışın.

ŞİR – Bütün gücünüzü iş prinsipinə həsr edin. Müvəffəqiyyətə yetişmək üçün bu, başlıca amildir. Tərəddüd etdiyiniz məsələlərdə qəti addım atmayın. Kənar təsirlərə aludə olmayın.

QIZ – Nahara qədər bütün vacib işlərinizi – xüsusən də maliyyə məsələlərini yekunlaşdırın. Mənasız söhbətlərə isə əhəmiyyət verməyin. Gün ərzində mənfi enerjili Ay bürcünüzdə olacaq.

TƏRƏZİ – Bu gün sizin üçün neytral bir təqvim olacaq. Hansısa qeyri-adi hadisə ilə rastlaşacağınızı düşünməyin. İqlimin təhərindən asılı olaraq, sağlamlığınıza da diqqəti artırın.

ƏQRƏB – Yeni əlaqələr yaratmaq üçün geniş imkanlar qazanacaqsınız. Qarşıdakı bir ayda atacağınız addımları indidən götür-qoy edin. Nahar ərəfəsində aldığınız təkliflərə ciddi yanaşın.

OXATAN – Şəxsi büdcənizin durumu imkan versə, doğmalarınız yaşayan ünvanlara baş çəkin. Əks təqdirdə digər məsələlər ürəyinizcə olmayan istiqamətdə cərəyan edəcək. Hündür yerə çıxmayın.

OĞLAQ – Olduqca rəvan gündür. Ulduzlar müdafiənizdə durduğundan qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdıra biləcəksiniz. Maraqlı adamlarla rastlaşma ehtimalınız da var.

SUTÖKƏN – İkitərəfli əməkdaşlıq zəminində müəyyən irəliləyişlərə nail olmaq üçün şans qazanacaqsınız. Amma tam bələd olmadığınız proseslər barədə qəti söz demək fikrindən yayınmalısınız.

BALIQLAR – Astroloji göstəricilər gün ərzində maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Günün ikinci yarısı isə bu istiqamətdə xüsusilə əlverişlidir. Aldığınız dəvətlərdən imtina etməyin.

Short URL: http://www.cumhuriyyet.net/?p=98778

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31