“Qarabağ” ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

30.08.2017 - 10:10

“Qarabağ”ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.
Cumhuriyyet.az apasport.az-a istinadən xəbər verir ki, tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirində çıxış edəcək Ağdam təmsilçisi rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Artıq bununla bağlı UEFA ilə razılıq əldə olunub. “Qarabağ”ın Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan arenada ilk matçı isə sentyabrın 27-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri həmin gün “Roma”nı sınağa çəkəcəklər.
Oktyabrın 18-də “Atletiko” və noyabrın 22-də “Çelsi” ilə görüşlər də ölkənin ən böyük stadionunda oynanılacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionun tamaşaçı tutumu 68 min 870 nəfərdi. “Qarabağ” isə bunadək ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=98834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31